Bollivud ulduzu Saif Əli Xan evində hücuma məruz qaldıqdan bir neçə gün sonra Hindistanın Mumbay şəhərində xəstəxanadan buraxılıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 16-na keçən gecə evinə quldurluq cəhdi zamanı 54 yaşlı Xan altı bıçaq zərbəsi alıb. Onurğası, boynu və qollarından aldığı xəsarətlər səbəbindən aktyor əməliyyat olunub.
Yanvarın 19-da polis hücumla əlaqədar Banqladeş vətəndaşı olduğu güman edilən şəxsi həbs edib və cinayətin araşdırılmasını davam etdirir.