İsmail Kartal İranın "Persepolis" klubu ilə razılaşıb.
Kriminal.Az "SporX"ə istinadən xəbər verir ki, İran klubunun prezidenti Reza Dərviş baş məşqçi ilə müqavilə imzalamaq üçün Türkiyəyə səfər edib.
İsmail Kartalla klub arasında 1.5 illik müqavilə imzalanıb. İsmail Kartal "Persepolis" klubundan bu müddət ərzində 2.2 milyon avro qazanc əldə edəcək.
Qeyd edək ki, "Persepolis" İran Liqasında lider "Traktor"dan cəmi üç xal geri qalır. Klubun hazırda aktivində 29 xalı var.