kriminal.az
İki övladı tələbə olan ata intihar etdi: Qızı 679 bal toplayıb - TƏFƏRRÜAT

Azərbaycanda ötən il övladı yüksək balla ali məktəbə qəbul olunan ata intihar edib.

Kriminal.Az Teleqraf.com-a istinadla xəbər verir ki, yanvarın 22-də Ağsu rayonunun Rəhimli kəndində intihar edən Səyyad Əsgərovun iki övladı tələbədir.

Onun qızı S.Əsgərova ötən il qəbul imtahanlarında 679 bal toplayıb və Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə daxil olub, hazırda birinci kursunda təhsil alır.

S.Əsgərovun digər övladı də tələbədir. Oğlu A.Əsgərov Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alır.

Rəhimli kəndinin bələdiyyə sədri Eldar Yadigarov deyib ki, həyatına qəsd edən Səyyad Əsgərov mülayim xarakterli insan olub:

"Səyyad 1975-ci il təvəllüdlüdür. Rəhimli kəndində yaşayırdı. Mağazası var idi, onu işlədirdi. Çox mehriban, xeyirxah insan idi, hər zaman hamıya köməklik göstərərdi. Heç kimlə problemi olmazdı. Kiməsə artıq nəsə söz deməzdi. Bir qızı, bir oğlu var. Ailə olaraq da çox yaxşı ailədirlər. Heç bir mənfi cəhətləri yox idi. Deyim ki, kimləsə ədavəti var idi, yox".

Bələdiyyə sədri onunla intihar etməzdən bir gün öncə görüşdüyünü bildirib:

"Məktəbin yanında bir məntəqə var, orada dünən saat 4-5 arasında görüşmüşük, söhbət etmişik, hal-əhval tutmuşuq. İndi hamımız da dəfndəyik. Nə bilim vallah. Elə bir insan idi ki, biz onun intihar edəcəyini gözləməzdik".

"Səhər saat 8-də intihar edib. Tezdən durub, çay dəmləyib, amma içməyib. Sonra isə intihar edib. Evdə anası ilə qalırdı. Yoldaşı Bakıya uşaqların yanına gedib. Bacısı oğlu darvazanı döyüb çağırıb, açan olmadığını görəndə hasardan içəri keçib və Səyyadın intihar etdiyini görüb", - deyə E.Yadigarov əlavə edib.

Top
0.042460918426514