Almaniyanın Bavariya əyalətindəki Şöntal parkında insanlara bıçaqla hücum edən kişi bir yetkin şəxsi və bir uşağı öldürüb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Bild" polisə istinadən məlumat yayıb.
Biri uşaq olmaqla daha iki nəfər ağır yaralanıb, onlar xəstəxanadadırlar.
Hücum edən şəxs saxlanılıb - o, 28 yaşlı əfqandır. Mətbuatda yayılan məlumatlara görə, kişinin əvvəllər psixoloji problemləri olub.
2024-cü ilin noyabrında polis Şöntal parkını quldurluq və hücumlara görə "təhlükəli yer" kimi təsnif edib.