kriminal.az
Tovuz Dəmiryolu Vağzalında işçini elektrik cərəyanı vurub

Tovuz rayon Dəmiryol Vağzalında işçini elektrik cərəyanı vurub.

Kriminal.Az "Report"a istinadən xəbər verir ki, dəmiryolunda yeni xəttlərin çəkilişi zamanı fəhlə ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub.

Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılan şəxsin vəziyyəti ağır qiymətləndirilir. Zərərçəkmişin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Top
0.050723791122437