Türkiyənin Bolu vilayətindəki "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelində baş verən yanğınla bağlı zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi işləri tamamlanıb.
Kriminal.Az-ın DHA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Ədliyyə Nazirliyindən məlumat verilib.
"Boluda baş verən yanğında bütün zərərçəkmişlərin şəxsiyyətləri müəyyən edilib. Yanğında həyatını itirənlərin sayı 78-dir", - deyə məlumatda bildirilib.