kriminal.az
Ermənistanın keçmiş müdafiə nazirinə qarşı yeni ittihamlar irəli sürüldü: Neçə il həbs gözləyir?

Ermənistan Baş Prokurorluğu 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürüb.

Kriminal.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində keçirilən məhkəmə iclasında məlumat verilib.

Məlumata görə, Ohanyan güc tətbiq etməklə vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur ki, bu, ehtiyatsızlıq nəticəsində ağır nəticələrə gətirib çıxarıb. Bu maddə üzrə 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Xatırladaq ki, keçmiş prezident Robert Koçaryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, həmçinin Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Qevorkyan konstitusiya quruluşunu devirməyə cəhddə (Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi) ittiham olunublar. 2021-ci ilin martında Konstitusiya Məhkəməsi bu maddənin əsas qanuna uyğun olmadığını qəbul etdikdən sonra işə xitam verilsə də, .

Prokurorlar Koçaryan və Xaçaturova aid edilən hərəkətləri yenidən təsnif edib və ehtiyatsızlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma ittihamını irəli sürüblər.

İttihamlar 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlıdır ki, o zaman prezident seçkisindən sonra Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət səsvermənin nəticələrinə qarşı etiraz aksiyaları təşkil etmişdi. Etirazlar İrəvanda iğtişaşlara çevrilmiş və nəticədə 10 nəfər ölmüşdü.

Top
0.047574043273926