kriminal.az

"Mançester Yunayted"in brazilyalı futbolçusu Kazemiro klubdan ayrılmaq qərarına gəlib.

Kriminal.Az insayder Din Consun məlumatına istinadən xəbər verir ki, MLS klubları (ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı, MLS - "Major League Soccer"-red.) Kazemironu transfer etmək istəyirlər.

32 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, İngiltərə klubu Kazemiro üçün 20 milyon avro tələb edir.

Top
0.044222831726074