"Düşünürəm ki, bəxtimiz gətirdi".
Kriminal.Az xəbər verir ki, bunu Rumıniyanın FKSB klubunun baş məşqçisi Elias Xaralambus Bakıda "Qarabağ"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
"Gözəl oyuna və qələbəyə görə çox sevinirəm. Dünən də demişdim ki, bizi çətin matç gözləyir. Həqiqətən, "Qarabağ"la görüşdə çox əziyyət çəkdik. Düşünürəm ki, bəxtimiz də gətirdi".
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda FKSB klubuna 2:3 hesabı ilə məğlub olub.
Anar Həsənov