kriminal.az
Şahzadə Diananın qardaşı qızları jurnalın üz qabığı üçün çəkildilər

Şahzadə Diananın qardaşı qızları Ameliya və Eliza Spenser "Tatler" jurnalının üz qabığı üçün ziyafət libaslarında çəkiliblər.

Kriminal.Az xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında məlumat yayılıb.

Ameliya və Eliza Spenser "Balenciaga", "Oscar de la Renta", "Coperni", "Schiaparelli" brendli qara ziyafət paltarlarında və əfsanəvi zərgərlik brendləri olan "Bulgari", "Chaumet", "Moussaieff", "David Morris"in zinət əşyaları ilə şəkil çəkdiriblər.

Ameliya və Eliza şahzadə Diananın kiçik qardaşı Çarlz Spenserin Ketrin Viktoriya Lokvudla ilk evliliyindən olan qızlarıdır.

Top
0.047091960906982