kriminal.az
Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq

2020-ci ildə Parisdə "Charlie Hebdo" satirik jurnalının keçmiş redaksiyası qarşısında insanlara hücum edən Pakistan vətəndaşı 30 il müddətinə azadlıqdan məhrum edilib.

Kriminal.Az AFP agentliyinə istinadən xəbər verir ki, 29 yaşlı pakistanlı terror törətməkdə təqsirli bilinib. Hakimlər onun Fransaya girişinə həmişəlik qadağa qoyulması və terrorçularınn məlumat bazasına salınması barədə qərar qəbul ediblər.

Xatırladaq ki, 2020-ci il sentyabrın 25-də "Charlie Hebdo" jurnalının keçmiş redaksiyası yaxınlığında "Premier Line" agentliyinin iki əməkdaşı bıçaqlı hücuma məruz qalıb və ağır yaralanıb. Hücum edən şəxs günahını etiraf edib və öz hərəkətini jurnalın Məhəmməd peyğəmbərin karikaturalarını dəfələrlə dərc etməsi ilə əsaslandırıb.

İstintaq zamanı Pakistandan olan daha 4 nəfər saxlanılıb. Onlar terror aktı törətməkdə ittiham olunaraq mühakimə edilib və 3 ildən 12 ilədək həbs cəzası alıblar. Onların Fransaya təkrar girişi də qadağan edilib.

Top
0.046957015991211