ABŞ polisi ölkənin yeni lideri Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki malikanəsinin xarici hasarını aşmış şəxsi saxlayıb.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Fox News" telekanalı məlumat verib.
Məlumata görə, 32 yaşlı Bijan Arseo yerli polis əməkdaşları və məxfi xidmət agentləri tərəfindən saxlanılıb. Ona qarşı qanun pozuntusuna yol vermək məqsədilə mülk ərazisinə daxil olmaq maddəsi üzrə ittiham irəli sürülüb.
"Bu hadisə bizim fəaliyyətimizə təsir etməyib, lakin bu məsələlərə son dərəcə ciddi yanaşırıq. Biz Palm-Biç şəhər polisinə təcili reaksiya və əməkdaşlığa görə minnətdarıq", - deyə məxfi xidmətdən bildirilib.