"Afrika qitəsi gözləniləndən tez bölünəcək".
Kriminal.Az-ın "Daily Mail"ə istinadla məlumatına görə, bu barədə Kaliforniya Universitetinin professoru Ken Makdonald xəbərdarlıq edib.
Onun sözlərinə görə, Efiopiya səhrasında 2005-ci ildə 56.5 kilometr uzunluğunda çat əmələ gəlib, həmin vaxtdan bəri də ildə təxminən 1.5 santimetr sürətlə genişlənir.
"Mütəxəssislərin yeni hesablamalarına görə, qitə növbəti 1-5 milyon il ərzində bölünə bilər, halbuki əvvəllər bu prosesin onmilyonlarla il çəkəcəyi düşünülürdü", - deyə Makdonald əlavə edib.
Ekspert Hind okeanı sularının Şərqi Afrika Rift vadisinin ərazisinə axması və onu basması kimi bir vəziyyət yarana biləcəyi barədə də xəbərdarlıq edib.
"Afrikanın bölünməsi yeni bir qitənin və Atlantika qədər dərin olan yeni bir okeanın yaranmasına səbəb ola bilər", - deyə alim sözlərini yekunlaşdırıb.