kriminal.az
Türkiyə Superliqası:

Türkiyə Superliqasının 21-ci turunda lider "Qalatasaray" "Konyaspor"u sınağa çəkib.

Kriminal.Az xəbər verir ki, matç gözlənildiyi kimi ev sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 20-ci dəqiqədə Osimhen penaltidən vurub - 1:0.

Qarşılaşmada "cim-bom"un qapısını qoruyan uruqvaylı qolkiper Fernando Muslera rekorda imza atıb. İstanbul klubu ilə 429-cu matçına çıxan qapıçı "Qalatasaray"da ən çox oyun keçirən futbolçu adını qazanıb.

Hazırda "aslanlar" 54 xalla yarış cədvəlinə başçılıq edirlər. Konya təmsilçisi isə 21 xalla 14-cü sırada qərarlaşıb.

Top
0.043560981750488