kriminal.az
Türkiyə Superliqası: Komanda yoldaşını vuran oyunçu qırmızı vərəqə aldı

Türkiyə Superliqasının 21-ci həftəsində "Sivasspor" - "Kayserispor" matçı ev sahibi komandanın 5-2 üstünlüyü ilə yekunlaşıb.

Kriminal.Az "Haber Global"a istinadən xəbər verir ki, oyunda nadir rast gəlinən hadisə yaşanıb. Belə ki, qonaq futbolçu Bahoken 23-cü dəqiqədə komanda yoldaşı Kardosoya sillə vurduğu üçün birbaşa qırmızı vərəqə alıb.

Futbolçular arasında mübahisə topu bölüşdürə bilmədikləri üçün baş verib. Komandasını azlıqda qoyan Bahoken "Kayserispor"un böyükhesablı məğlubiyyətinə şərait yaradıb.

Top
0.050348043441772