İtaliya A Seriyasının 22-ci turunda "Napoli" "Yuventus"la qarşılaşıb.
Kriminal.Az xəbər verir ki, Neapol şəhərindəki Dieqo Armando Maradona stadionunda keçirilən matçda meydan sahibləri geridönüşlə qalib gəliblər.
"Qoca sinyora"ilk hissədə hesabı açşa da, qonaqlar ikinci hissədə 2 qolla oyunun gedişini dəyişməyi bacarıblar - 2:1.
Bu nəticədən sonra "Napoli"nin 53 xalı var ki, bu da komandaya A Seriyasının turnir cədvəlinə başçılıq etməyə imkan verir. "Yuventus" isə 37 xalla 5-ci yerdədir.