Bill Qeyts İlon Maskın xarici siyasətə müdaxiləsini pisləyib.
Kriminal.Az xəbər verir ki, iş adamı "The Times" qəzetinə müsahibəsində Donald Trampla 3 saatlıq şam yeməyindən də danışıb.
Qeyts Maskın Avropa, Böyük Britaniya və Asiyanın daxili siyasətinə marağından, eləcə də "X" sosial şəbəkəsində öz fikirlərini və "populist qəzəbini" bölüşmək meylindən narazıdır. Biznesmenin fikrincə, Maskın "ölkələrdə siyasi sabitliyi poza bilməsi" həqiqətən də çılğınlıqdır.
Qeyd edək ki, hazırda İlon Mask 434 milyard dollar sərvəti ilə dünyanın ən zəngin insanı hesab olunur. Bill Qeyts 166 milyard dollarla bu siyahıda 8-cidir.