kriminal.az
Bolqarıstanda sonuncu Bizans imperatorunun üzüyü aşkar edildi

Bolqarıstanlı alimlər ölkənin 24 müxtəlif yerində araşdırma aparıb və paytaxt Sofiyanın kənarında yerləşən Urviç qalasında aparılan qazıntılar zamanı 1 400-dən çox qiymətli artefakt, o cümlədən qızıl əlavəli gümüş üzük aşkar ediblər.

Arxeoloqların fikrincə, üzük son Bizans imperatoru Konstantinə məxsus olub.

Kriminal.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əlavə, Sualtı Arxeologiya Mərkəzinin alimləri qədim zamanlardan Sozopol şəhərinin yaxınlığında yerləşən, lakin hazırda suyun altında qalan qədim limanda araşdırmalar aparıblar. İnsan fəaliyyəti nəticəsində mədəni təbəqənin xeyli zədələnməsinə baxmayaraq, çoxsaylı arxeoloji materiallar - keramika, o cümlədən qədim amforalar, taxta konstruksiyalar, liman avadanlığı və materialları aşkar edilib.

Top
0.046483039855957