kriminal.az
İlon Mask bürokratiyaya qarşı blokçeynlə mübarizə aparacaq

ABŞ-də yeni Hökumətin Effektivliyi Departamentinin rəhbəri İlon Mask administrasiyanın səmərəliliyini artırmaq üçün blokçeyn texnologiyalarından istifadə imkanlarını müzakirə etməyə başlayıb.

Kriminal.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, milyarder federal xərcləri izləmək, məlumatları qorumaq, ödənişlər etmək və hətta obyektləri idarə etmək üçün bu texnologiyadan istifadəni yaxın ətrafı ilə müzakirə edib.

Bundan əlavə, Mask ictimai blokçeynlərin nümayəndələri ilə görüşüb.

Mask əmindir ki, hökumət vergi ödəyicilərinin pullarını yanlış xərcləyir və dövlət aparatında həddən artıq çox bürokrat var. O, həmçinin söz verib ki, amerikalılar yeni departamentin fəaliyyətini internet vasitəsilə izləyə biləcəklər.

Top
0.066902160644531