Gümrüdə Rusiyanın 102-ci hərbi bazasında 23 yaşlı hərbçinin meyiti tapılıb.
Kriminal.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Saat 17:20də 23 yaşlı Rusiya vətəndaşı Vitali Şevçenko polisə zəng edərək Gümrü şəhərinin Aram Xaçatryan küçəsindəki evlərdən birində asılmış meyitin tapıldığını bildirib.
Hadisə yerinə gələn polis və müstəntiqlər binadakı mənzildə 23 yaşlı Rusiya vətəndaşı Aleksey Yampolskinin meyitini aşkar ediblər.
Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, xarici baxış zamanı heç bir zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı intihar və ya intihara cəhd maddələri ilə cinayət işi açılıb. Meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.