Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətində hökumət qüvvələri ilə 23 Mart Hərəkatı (M23) qruplaşmasının üsyançıları arasında şiddətli döyüşlər davam edib.
Kriminal.Az xəbər verir ki, bu barədə Konqonun "Okapi" radiostansiyası məlumat yayıb.
Qərbdə Konqo ordusu üsyançıları Qoma şəhərindən 27 km məsafədə yerləşən strateji əhəmiyyətli Sake şəhərindən sıxışdırıb çıxarmağa çalışır. Üsyançılar tərəfindən ələ keçirilən şəhərə hücumun yaxın saatlarda başlayacağı gözlənilir. BMT-nin ölkəyə yardım missiyasının da istifadə etdiyi Qoma hava limanı iflic olub.
Qeyd olunur ki, BMT-nin Konqo DR-dəki missiyasının 13 sülhməramlısı döyüşlərdə həlak olub, on biri isə yaralanıb.