kriminal.az
Magistral yolun ortasında ev: Şanxaylı inşaatçılar inadkarı ram edə bilmədilər

Çinin Şanxay meqapolisində qəribə hadisə baş verib. Belə ki, yerli hökumət magistral yolu özəl evin ətrafından çəkib. Səbəb ev sahibinin səxavətli təkliflərə baxmayaraq köçməkdən qəti şəkildə imtina etməsidir.

Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Bildirilir ki, evin sahibi inanılmaz inadkarlıq göstərib. Ona 220 min dollar (təxminən 374 min manat) məbləğində kompensasiya və alternativ olaraq seçim üçün üç mənzil təklif ediblər. Lakin kişi razılaşmayıb və indi sıx magistralın mərkəzində yerləşən evində yaşamağa davam edib.

Magistral yolun inşaatçıları razılaşmayan sakinlə məsələnin həllini gözləməyib və yolu onun mülkünün ətrafından çəkiblər. Nəticədə inadkar kişi hər gün minlərlə avtomobilin hərəkət etdiyi yolun ortasında yaşayır, daim səs-küydən, tozdan və çirkdən şikayət edir, amma yenə də köçmək fikrində deyil.

Magistral yolun ortasında ev: Şanxaylı inşaatçılar inadkarı ram edə bilmədilər

Top
0.094136953353882