Keçmiş model, Devid və Viktoriya Bekhemin oğlu Bruklin gözlənilməz paylaşım edib.
Kriminal.Az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.
Yaxın günlərdə o, MDB ölkələrində doğulub böyüyənlərə çox tanış olan proseduru sınaqdan keçirib. Onun belinə banka qoyulub. Elit detoks mərkəzində bu prosedura görə o, təxminən 350 dollar (indiki məzənnə ilə təxminən 600 manat - red.) ödəyib.
Bruklin bununla bağlı təəssüratlarını sosial şəbəkədə klinikanın kabinetində çəkilmiş kadrları paylaşıb. Fotolar Bekhemin xaricdə yaşayan pərəstişkarlarını təəccübləndirib. Onların bir çoxu bu cür müalicə üsulu barədə heç eşitməyib.
Bekhemin müraciət etdiyi detoks mərkəzinin həkimləri onu əmin ediblər ki, "bankalama" prosedurunu getdikcə daha çox tanınmış Hollivud ulduzları seçirlər. Bu prosedurun köməyi ilə məşhur müğənnilər, aktyorlar və modellər bədəndəki artıq mayedən qurtulmağa, bədən formalarını düzəltməyə və əzələlərini rahatlamağa çalışırlar.