ABŞ-nin Alabama ştatının sakini Tovana Luni donuz böyrəyi transplantasiyası ilə ən uzun ömür sürən xəstə olub.
Kriminal.Az bu barədə "Associated Press"ə istinadla məlumat verib.
Bildirilir ki, qadın köçürülmüş orqanla artıq 61 gün yaşayıb ki, bu da belə əməliyyatlar tarixində mütləq rekorddur.
Həkimlər qeyd edir ki, Tovana Luninin vəziyyəti stabildir. Həkimlərin onun sağlamlığı ilə bağlı proqnozları çox ümidvericidir.
Daha əvvəl ABŞ-da donuz orqanlarının köçürülməsi üzrə dörd oxşar əməliyyat (iki ürək və iki böyrək) aparılıb, lakin xəstələrdən heç biri transplantasiyadan sonra iki aydan çox yaşaya bilməyib.
Tovana Luni bu həddi keçən ilk şəxs olub.
Donuz böyrəyi köçürülmüş amerikalı qadın sağqalma üzrə rekord qırdı