Yeni sponsorla müqavilə imzalayan "Mingəçevir" klubu islahatlara start verib.
Kriminal.Az xəbər verir ki, yeni baş məşqçi Füzuli Məmmədov 6 futbolçunun xidmətində maraqlı olmayıb.
Bu səbəbdən də I Liqa təmsilçisi 6 oyunçusu ilə vidalaşıb. "Mingəçevir" Nizami Səmədov, Elvin Əsgərov, İlkin Əliyev, Rüstəm Quluzadə, Tural Məmmədzadə və Fuad Əhmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, komanda bu günlərdə ASTA şirkəti ilə yeni tərəfdaşlıq müqaviləsi imzalayıb.