kriminal.az
İran Rusiyadan

İran Rusiyadan "Su-35" qırıcıları alıb.

Kriminal.Az-ın CNN telekanalına istinadla verdiyi məlumata görə, bu barədə İranın "Xatəm əl-Ənbiya" Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının müavin rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şadmani bəyan edib.

"Su-35" qırıcıları alınıb. Ehtiyac yarandıqca Hərbi Hava, Quru və Dəniz Qüvvələrimizi gücləndirmək üçün hərbi texnika alacağıq", - deyə general bildirib.

Top
0.065609931945801