kriminal.az
Paşinyan Ermənistanın milli təhlükəsizlik strategiyasında dəyişiklikləri açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan qondarma "Artsax" və "erməni soyqırımı"ndan bəhs edən ölkənin milli təhlükəsizlik strategiyasının yaxın gələcəkdə dəyişəcəyini açıqlayıb.

Kriminal.Az erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə o, çərşənbə axşamı Ordu Gününə həsr olunmuş tədbirdə bildirib.

Bununla belə, Paşinyan strategiyada hansı dəyişikliklərin ediləcəyini dəqiqləşdirməyib.

"Biz sizə ümid edirik və mən əminəm ki, biz birlikdə 29 743 kvadrat kilometr ərazisi olan Ermənistan Respublikasını təhlükəsiz, inkişaf etmiş, xoşbəxt, qorunan edəcəyik", - Paşinyan hərbçilərə müraciət edərək qeyd edib.

Xatırladaq ki, yeni milli təhlükəsizlik strategiyası 2020-ci ildə qəbul edilib.

Top
0.04763388633728