ABŞ-nin federal hakimiyyət orqanları Nyu-Yorkda qeyri-qanuni miqrantlara qarşı ilk genişmiqyaslı reydlərə başlayıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) qəzeti İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) nümayəndələrinin bəyanatına istinadən məlumat yayıb.
Əməliyyatlar yanvarın 28-nə keçən gecə 200-dən çox adamın saxlanıldığı Kuins və Bruklin rayonlarında başlayıb. Reydlər ABŞ Prezidenti Donald Trampın sərt deportasiya siyasətinin bərpası ilə bağlı seçkiqabağı vədinin bir hissəsidir. Mənbələrin bildirdiyinə görə, həbslər zamanı biometrik məlumat bazalarından və sosial şəbəkələrin monitorinqindən istifadə edilir.
"Məqsəd qeyri-qanuni miqrantlarla əlaqədə olan cinayətkar qrupları sıradan çıxarmaqdır", - ICE-nin anonim mənbəsi bildirib.