Bir neçə saat əvvəl Avropa İttifaqının (Aİ) Brüsseldəki səfirləri Aİ-nin Ermənistandakı müşahidə missiyası ilə bağlı qərarı təsdiqləyiblər. Bu qərara əsasən, avropalı müşahidəçilər daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanın sərhəd rayonlarında qalacaqlar.
Kriminal.Az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Qərarın layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 xarici və 44 erməni üzv.
Ermənistandakı missiyanın məlumatına görə, bu qərar yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir. Erməni mediasının yazdığına əsasən, bu, əslində formal xarakter daşıyır, çünki bu ölkələrin səfirləri bu gün layihəyə səs verərək, öz hökumətlərinin mövqelərini bildiriblər.