İsrailin Baş naziri Benyamin Netanyahu Həbsxana İdarəsinə göstəriş verib ki, fələstinli məhbusların azadlığa buraxılması növbəti xüsusi bildirişə qədər dayandırılsın.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə İsrailin "Kan" radiosu məlumat verib.
Məlumata görə, fələstinli məhbusların İsrail həbsxanalarından buraxılmasının "dondurulması" yanvarın 30-da baş tutan Qəzza zolağında girovların Qırmızı Xaç rəsmilərinə təhvil verilməsi zamanı la əlaqəlidir.
Qeyd edək ki, Arbel Yehud təhvil verilməmişdən əvvəl HƏMAS-ın keçmiş lideri Yəhya Sinvarın evinin xarabalıqlarının yanından aparılıb. Arbel və onu əhatə edən yaraqlıların ətrafına fələstinlilərdən ibarət izdiham toplanıb və onlar öz narazılıqlarını yüksək səslə ifadə ediblər. .