kriminal.az

"Əhməd əş-Şaraa Suriyanın müvəqqəti prezidenti elan edildi, Əsəd rejimindən qalan ordu və parlament təhlükəsizlik bölmələri isə ləğv edildi. BAAS partiyası bağlandı və aktivləri dövlətə verildi və onun bir daha açılmaması barədə qərar qəbul edildi".

Kriminal.Az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalında keçirilən siyasi müzakirələr zamanı təhlükəsizlik və xarici siyasət ekspert Dr. Ayhan Sarı danışıb.

"Onlarla hərbi fraksiya öz səlahiyyətlərini konsensus yolu ilə yeni hökumətə təhvil verdiklərini bildirib. Bu, yeni, bəlkə də sayı 300 minə çatan güclü Suriya ordusu deməkdir. Belə bir qarşıdurma şəraitində 300 minlik ordu illərdir vuruşur. Ortada Rusiyaya, İrana, "Hizbullah"a, Əsəd rejiminə, lazım olanda ABŞ-yə, dəstəklədiyi PKK və YPG terror təşkilatlarına qarşı döyüşən bir ordu var idi. Bu ordu indi Suriyada özünün unitar strukturunu qurdu və onların qarşıdakı dövrdə heç bir Qərb dövləti ilə vuruşacağını düşünmürəm", - Dr. Ayhan Sarı bildirib.

Daha ətraflı süjetdə:

"Haber Global": "Suriya qarşıdakı dövrdə heç bir Qərb dövləti ilə vuruşmayacaq"

Top
0.052855968475342