kriminal.az
Vaşinqton hava limanında helikopterlərin təhlükəli manevri heyrətlə qarşılanıb

Bir neçə gün əvvəl Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında çəkilən video internetdə böyük marağa səbəb olub.

Kriminal.Az xəbər verir ki, video "X" sosial şəbəkəsində Birləşmiş Ştatlar vətəndaşı Kayl Salevski tərəfindən paylaşılıb.

O iddia edir ki, hadisə ötən gün baş vermiş qəzadan altı gün əvvəl qeydə alınıb.

Görüntüdə iki helikopterin uçuş-enmə zolağına yaxınlaşarkən bir-birinə çox yaxın məsafədə uçduğu, bununla da təhlükəli anlar yaşandığı əks olunub.

Video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, yanvarın 30-da Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi "Sikorsky H-60" ("Black Hawk") hərbi helikopteri ilə toqquşub. Hadisə nəticəsində təyyarədə olan 64 nəfərin hamısı həlak olub, həmçinin helikopterdə olan üç hərbçinin hamısı həyatını itirib.

Top
0.049265146255493