kriminal.az
İrəvan meriyasında əlbəyaxa dava baş verib

Ermənistan paytaxtında İrəvan Ağsaqqallar Şurasının iclasında nəqliyyat tariflərinin müzakirəsi zamanı məmurlar arasında əlbəyaxa dava düşüb.

Kriminal.Az bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verib.

Belə ki, İrəvan Ağsaqqallar Şurasının iclası zamanı bir-birinə müxalif olan deputatlar arasında başlayan mübahisə əlbəyaxa davaya çevrilib.

Nəticədə İrəvan meri Tiqran Avinyan polis çağırmağa məcbur olub.

Lakin polisin müdaxiləsi nəticəsində də aranı sakitləşdirmək mümkün olmayıb. Nəticədə T.Avinyan dava iştirakçılarını iclas zalını tərk etməyə çağırıb və "Ana Ermənistan" müxalifət fraksiyasının nümayəndəsi Samvel Akopyanı görüşdə iştirak etmək imkanından məhrum edib.

Top
0.047873973846436