Yaponiyada yük maşını ilə birlikdə yoldakı çuxura düşən sürücünü üç gündür ki, çıxarmaq mümkün olmur.
Kriminal.Az-ın məlumatına görə, bu barədə "Yaponiya milli qəzeti" məlumat yayıb.
Bildirilir ki, xilasetmə zamanı həyatdaqalma üçün vacib olan ilk 72 saat həddi keçilib. Bununla belə, oraya düşən insanı xilas etmək ümidi ilə uçqun yerində ərazinin təmizlənməsi davam edir.
Məlumata görə, hazırda eni təxminən 40, dərinliyi isə 15 metr olan çuxura aparan pandusun quraşdırılması işləri davam edir. Pandus hazır olan kimi texnika dağıntıları təmizləyəcək və xilasedicilər çərşənbə axşamından çökəklikdə qalan 74 yaşlı kişini axtarmaq üçün oraya enəcəklər.
Hakimiyyət orqanlarının sözlərinə görə, pandusun tikintisinin başa çatması üçün daha iki-üç gün tələb oluna bilər. Lakin müəyyən şərtlər daxilində xilasedicilər çuxura daha tez enə bilərlər.
Dəqiqləşdirilir ki, çuxur tədricən genişlənir. Hakimiyyət orqanları onun çay suyu ilə dola biləcəyini ehtimal edirlər.
Xatırladaq ki, bir neçə gün öncə Yaponiyada yol çöküb. Hökumət 12 bələdiyyənin sakinlərinə müraciət edərək onlara çağırıb.