kriminal.az
Bursada 150-dən çox hotel və villa möhürləndi

Türkiyədə nəzarət orqanları yanğın təhlükəsizliyi normaları və lazımi lisenziyaların mövcudluğu ilə bağlı aparılan yoxlamalar zamanı məşhur Uludağ xizək kurortunun yerləşdiyi Bursa vilayətində 161 hotel və villanı möhürləyiblər.

Kriminal.Az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat verib.

Bu obyektlərdə biznes lisenziyalarının olmaması və otaqların təchizatı üzrə təhlükəsizlik tələblərinin pozulması aşkar edilib.

Xatırladaq ki, yanvarın 21-də gecə saatlarında Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda yerləşən hoteldə yanğın baş verib. Yanğın zamanı hoteldə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınla bağlı 28 nəfərin saxlanıldığını bildirib.

Top
0.048212051391602