"Meta" korporasiyasının daxili məlumatlarının açıqlanmasını qadağan edən xidməti məktubunun məzmunu mətbuata sızıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Meta"nın informasiya təhlükəsizliyi üzrə baş mütəxəssisi Qay Rozenə istinadən "Verge" məlumat yayıb.
"Biz məlumat sızmalarına ciddi yanaşırıq və tədbir görəcəyik", - xidməti məktubda deyilir.
Rozen vurğulayıb ki, məlumat oğurlandıqda və ya sızdırıldıqda, bunun nəticələri şirkətin təhlükəsizliyinə təsir göstərir.