Fransada vandallar yanvarın 7-də vəfat edən Milli Cəbhə Partiyasının qurucusu və keçmiş lideri Jan-Mari Le Penin məzarını dağıdıblar.
Kriminal.Az xəbər verir ki, bu barədə siyasətçinin nəvəsi, Avropa Parlamentinin üzvü Marion Mareşal "X" sosial şəbəkəsində məlumat verib.
"Bəlkə, ürəyimizi qırmaq, bizi qorxutmaq və uzaqlaşdırmaq istəyirsiniz? Amma bizim cavabımız həmişə, nəsildən-nəslə, sizinlə daha sərt mübarizə aparmaq olacaq" , - o yazıb.
Yazıya əlavə edilən fotoda məzarın üzərindəki xaçın sındırıldığı, mərhum siyasətçinin adı yazılmış lövhənin isə zədələndiyi görünür.