kriminal.az
ABŞ Kanada, Meksika və Çindən idxal mallara rüsum tətbiq edir

ABŞ Kanada və Meksikadan idxal olan mallara 25%, Çindən gətiriləcək mallara isə 10% ticarət rüsumu tətbiq edəcək.

Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Kerolin Levitt bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu barədə fevralın 1-də fərman imzalamalıdır.

Qeyd edək ki, Donald Tramp yanvarın 31-də jurnalistlərlə söhbətində Kanadadan gələn neft üçün ilkin planlaşdırılan 25% əvəzinə 10% rüsum şəklində istisna edilə biləcəyini bildirib.

ABŞ prezidenti, həmçinin fevralın 18-də qüvvəyə minə biləcək neft və metallar da daxil olmaqla geniş çeşiddə idxal mallarına rüsumlar tətbiq olunacağını elan edib.

ABŞ Kanada, Meksika və Çindən idxal mallara rüsum tətbiq edir

Top
0.046922922134399