kriminal.az
Konqoda 770-dən çox insan həlak olub

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali Kivu əyalətinin paytaxtı Qomada 23 Mart Hərəkatı (M23) qruplaşması üsyançılarının yanvarın 26-da şəhərə daxil olmasından bu yana ölənlərin sayı 773-ə çatıb.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Reuters" KDR Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatlar şəhər xəstəxanalarından və morqlardan daxil olub. Səhiyyə Nazirliyi açıqlayıb ki, çoxlu sayda cəsəd hələ də Qoma küçələrində qalıb, çünki meyitxanalar dolub.

Şəhərdə həmçinin 2800 yaralı olduğu bildirilir.

Konqo hökumətinin qərarı ilə Şimali Kivunun inzibati mərkəzi müvəqqəti olaraq Qomadan Beni şəhərinə köçürülüb.

Top
0.0504469871521