kriminal.az
Xaçmazda kişi qohumunu bıçaqlayıb, onun arvadını maşınla vurdu

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Kriminal.Az xəbər verir ki, hadisə Qaraçı kəndində qeydə alınıb.

Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb. Daha sonra isə onun həyat yoldaşı 1992-ci il təvəllüdlü S.Məmmədovanı maşın ilə vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Top
0.045857191085815