Təxminən iki həftə əvvəl mülki geyimli şəxslər gecəyarısı din xadimi Möhsün Həkimullahinin evinə daxil olaraq onu aparıblar.
Kriminal.Az "Azad İran"a istinadən xəbər verir ki, Həkimullahi Stokholm ətrafındakı İslam Mərkəzinin imamıdır.
Qeyd olunur ki, 63 yaşlı din xadimi Şimali Avropanın ən böyük şiə mərkəzini idarə etmək üçün İrandan İsveçə göndərilib və bir neçə il bu ölkədə yaşayıb, yerli siyasi xadimlər və dini təşkilatlarla əlaqələri inkişaf etdirib.
İsveç təhlükəsizlik xidmətinin sözçüsü din xadimi ilə bağlı heç bir cinayət təhqiqatının olmadığını deyib və izah edib ki, ölkənin təhlükəsizliyinə təhdidlərə qarşı müxtəlif kəşfiyyat qiymətləndirmələri əsasında deportasiya qərarları verilə bilər.