Kanada hökuməti ümumilikdə 155 milyard Kanada dolları (106.5 milyard ABŞ dolları) dəyərində ABŞ mallarına 25 faizlik cavab rüsumları tətbiq edəcək.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə ölkənin Baş naziri Castin Trüdo bildirib.
"Mən ABŞ-nin atdığı ticarət addımlarına Kanadanın 155 milyard dollar dəyərində ABŞ mallarına 25% tariflərlə cavab verəcəyini elan edirəm", - deyə o bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp şənbə günü Kanadadan enerji idxalına 10%, digər mallara isə 25% rüsum tətbiq edən sərəncam imzalayıb. Tədbirlər fevralın 4-dən qüvvəyə minəcək.
Analoji tariflər Meksika və Çin məhsullarına da tətbiq ediləcək. Meksika Prezidenti Klaudiya Şeynbaum artıq ölkəsinin ABŞ-yə eyni tədbirlərlə cavab verəcəyini bildirib.