kriminal.az
Türkiyədə zəncirvari qəza: Avtomobillər yandı, ölən və yaralananlar var

Qaziantepdə (Türkiyə) sərnişin avtobusu, yük maşını və minik avtomobilinin iştirakı ilə baş verən zəncirvari qəzada 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Kriminal.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Hadisə Tarsus-Adana-Qaziantep (TAG) avtomobil yolunun Nurdağı qovşağı yaxınlığında baş verib.

Qəzadan sonra yük maşını və minik avtomobili yanıb. Bölgəyə polis, jandarm, tibb və xilasetmə qrupları göndərilib. Təxminən 1 saat davam edəndən sonra yanğın söndürülüb.

Qəzada yaralanan 20 nəfər təcili yardımla xəstəxanalara aparılıb. Nurdağı Dövlət Xəstəxanasına çatdırılan yaralılar arasında avtobus sürücüsünün köməkçisi Veysəl Feyda (37 yaşında) bütün səylərə baxmayaraq xilas ola bilməyib.

Hazırda qəzanın detalları araşdırılır.

Top
0.045920133590698