kriminal.az
Kaliforniya neft emalı zavodunda partlayış: Yaralananlar var

Kaliforniya ştatının Martines şəhərində neft emalı zavodunda yanğın baş verib, azı 3 nəfər xəsarət alıb.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə "The Mercury News" yazır.

Qəzetin məlumatına görə, hadisə "Shell" müəssisəsində baş verib. Jurnalistlər partlayışa və irimiqyaslı yanğına karbohidrogen sızmasının səbəb olduğunu öyrəniblər.

Zavodun 3 əməkdaşı yüngül xəsarət alıb, bütün işçilər təxliyə ediliblər. Səlahiyyətlilər hadisənin meydana gəldiyi əraəzini bağlayıblar.

Top
0.0484459400177