Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşmək üçün ilk xarici səfərini Ər-Riyada edib.
Kriminal.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi məlumat yayıb.
Görüşün məzmunu ilə bağlı hələlik məlumat yoxdur.
Eyni zamanda, qeyd olunur ki, bu, Suriyanın yeni liderinin ilk xarici səfəri olsa da, daha əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və Qətər Əmiri Təmim bin Həməd əl-Tani Dəməşqə səfər ediblər.