Misirin Əl-Fəyyum şəhərində şir zooparkın əməkdaşına hücum edib. Kişini xilas etmək mümkün olmayıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Youm7" məlumat yayıb.
Qeyd olunur ki, 47 yaşılı işçi zooparkda mühafizəçi işləyib. Hadisə baş verən gün o, müvazinətini itirərək şirin volyerinə düşüb. Heyvan onun üstünə cumub və bir neçə dəfə başını dişləyib.
Məlumata görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları heyvana atəş açıblar.
Hadisədən sonra səlahiyyətlilər zooparkı müvəqqəti bağlamaq qərarına gəliblər.