kriminal.az
Nadir avtomobil hərraca çıxarılır: Dünyada cəmi 14 ədəddir

"Artcurial" portalında 1989-cu ildə istehsal olunan "Isdera 036i Spyder" avtomobili satışa çıxarılıb.

Kriminal.Az xəbər verir ki, bu avtomobillərdən yalnız 14 ədəd istehsal olunub.

Hazırkı model Cenevrə avtosalonunda nümayiş etdirilib və daha sonra "İsdera" zavodunda ciddi modifikasiyalara məruz qalıb.

Qeyd edək ki, "İsdera" Almaniyada "Porsche" və "Mercedes-Benz" şirkətlərində çalışmış məşhur mühəndis və dizayner Eberhard Şults tərəfindən təsis edilib. Bu avtomobillər yalnız fərdi sifarişlər əsasında yığılıb. Müştərilərin gözləmə müddəti təxminən bir ildir. Brend bu gün də fəaliyyət göstərir.

"Isdera 036i Spyder" 1987-ci ildə 1982-ci il "033i" modelinin əlavəsi kimi təqdim edilib. Sportkar 217 at gücünə malik üç litrlik altı silindrli "Mercedes-Benz" mühərrikinə sahibdir. Lakin satışa çıxarılan nümunədə güc qurğusu dəyişdirilib, 3,6 litrlik AMG bloku qoyulub.

Top
0.05902099609375