Donald Trampın Kanadadan gələn mallara 25% rüsum tətbiq etməsindən sonra "Ottava Senatorz" və "Minnesota Uayld" komandaları arasında keçirilən hokkey matçında kanadalı azarkeşlər ABŞ-nin milli himni səslənərkən fit çalmağa başlayıblar.
Kriminal.Az "Fox Sports"a istinadən xəbər verir ki, Ottavadakı 20 minlik arenada oyun başlamazdan əvvəl müğənni Mandia Kanada və ABŞ himnlərini ifa edib. ABŞ himninin səsləndirilməsi zamanı tribunalardan fit səsi və qışqırıqlar eşidilib.
Xatırladaq ki, şənbə günü Tramp Kanada və Meksikadan idxal olunan mallara 25%, Çin mallarına isə 10% rüsum tətbiq edib. Tariflər fevralın 4-dən qüvvəyə minəcək. Kanada buna cavab olaraq oxşar tədbirlər görəcəyini vəd edib.