ABŞ-də "Qremmi" mükafatının 67-ci təqdimetmə mərasimi keçirilib.
Kriminal.Az tədbirin rəsmi saytına istinadən xəbər verir ki, "Ən yaxşı elektron albom" nominasiyasında əsas mükafat BRAT albomuna görə Şarlotta Emma Eytçisona (Charli XCX) verilib.
ABŞ-li rep ifaçısı Kendrik Lamarın "Not Like Us" bəstəsi "İlin mahnısı" nominasiyasında "Qremmi" mükafatına layiq görülüb.
İlin "Ən yaxşı solo ifası" müsabiqəsinin qalibi "Espresso" nəğməsinə görə Sabrina Karpenter olub.
Qeyd edək ki, "Qremmi" dünyada ən nüfuzlu musiqi mükafatı hesab olunur. O, 1959-cu ildən Amerika Səsyazma akademiyası tərəfindən verilir. Qalibləri akademiyanın üzvləri səsvermə yolu ilə müəyyən edirlər.