kriminal.az
Rusiyada qaz emalı zavoduna PUA hücumu olub

Ukrayna ordusu Rusiyanın Həştərxan vilayətində qaz emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.

Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bəyan edib.

Onun sözlərinə görə, dronlar region ərazisində yerləşən obyektlərə, o cümlədən yanacaq-enerji kompleksinə zərbə endirib.

Babuşkin hücumun dəqiq yerini açıqlamayıb, lakin PUA-lardan birinin düşməsi nəticəsində yanğın baş verdiyini qeyd edib.

Top
0.048583984375